Dələduzluqda təqsirləndirilən qadın məhkəmə zalında həbs edilib

Dələduzluqda təqsirləndirilən qadın məhkəmə zalında həbs edilib
# 03 aprel 2017 09:10 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rəsmiyyə Musayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, R. Musayeva 7 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

İttihama görə, təqsirləndirilən R.Musayeva Bakı şəhər sakini Səməd Hüseynova qarşı dələduzluq edib. O, zərərçəkmişin etibarın sui-istifadə edərək, S.Hüseynova Xətai rayonunda 2 sot toraq satacağını deyib, zərərçəkmişdən 15 min manat pul alıb, lakin sonradan verdiyi vədə əməl etməyib. S.Hüseynovun şikayətindən sonra R.Musayeva hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. İstintaq dövründə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR