Bank Of Baku

Aktiv koronavirus xəstələrinin toy mərasimində iştirak etməsinin qarşısı alınıb - FOTO

Aktiv koronavirus xəstələrinin toy mərasimində iştirak etməsinin qarşısı alınıb - FOTO
# 13 fevral 2022 15:55 (UTC +04:00)

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstələrinin şəhər ərazisində yerləşən şadlıq evlərində təşkil edilən toy mərasimində iştirak etməsinin qarşısı alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, polis əməkdaşlarının nəzarət tədbirlər zamanı "Gold Palace" şadlıq evində toyda iştirak edən Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbə sakininin koronavirus xəstəsi olduğu müəyyən edilib.

Digər koronavirus xəstəsi isə "Xəlifə" şadlıq sarayında aşkarlanıb. Belə ki, yoxlama zamanı Abşeron rayonu, Saray qəsəbə sakini Şükürov Allahşükür Niftulla oğlunun aktiv COVİD-19 xəstəsi olduğu məlum olub.

COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün onlara ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub.

Hər iki şəxs qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıblar. Həmin şəxslər restorana daxil olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvanlara geri qaytarılıblar.

Onlar barəsində Sumqayıt Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR