Bu ilin yanvar-iyul aylarında Azərbaycanda sərnişin daşınması 3,7% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda sərnişin daşınması 3,7% artıb
# 14 avqust 2015 14:25 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar-iyul aylarında 126,4 mln. ton yük və 1041,8 mln. nəfər sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, keçən ilin eyni dövrünə nisbətən yük daşınması 1,4%, sərnişin daşınması 3,7% artıb.

Yük daşınması hava nəqliyyatı ilə 8,5%, sərnişin daşınması avtomobil nəqliyyatı və metro ilə hər birində 3,7%, hava nəqliyyatı ilə 2,8% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR