Bərdə, Ağdam, Tərtər, Ağcabədi rayonlarına internetin verilişi təmin edilib

Bərdə, Ağdam, Tərtər, Ağcabədi rayonlarına internetin verilişi təmin edilib
# 15 avqust 2015 16:30 (UTC +04:00)

“Aztelekom” İstehsalat Birliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, artıq bu rayonlara internetin verilməsi ilə bağlı heç bir problem yoxdur.

Problem Ağdam rayonuna ötürülən kabeldə yaranıb və təmir edilərək aradan qaldırılıb.

Qeyd edək ki, bu gün saat 09:00-dan sonra adıçəkilən rayonların sakinləri internetdən istifadə edə bilməyiblər. Sakinlərə bildirilib ki, problem paytaxtdan internetin ötürülməməsi bağlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR