Millinin futbolçusu narkotikə görə 2 illik diskvalifikasiya edilib

Millinin futbolçusu narkotikə görə 2 illik diskvalifikasiya edilib
# 18 noyabr 2016 12:53 (UTC +04:00)

Moskva MOİK-nin yarımmüdafiəçisi Roman Yeremenko UEFA tərəfindən ağır cəzaya məruz qalıb. Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, buna səbəb futbolçunun qadağan olunmuş maddələrdən istifadə etməsidi.

29 yaşlı oyunçu sentyabrın 14-də Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Bayer”lə keçirilən qarşılaşmadan sonra dopinq-testdən keçmiş və nəticəsi müsbət çıxmışdı. Finlandiya millisinin üzvünün qanında kokain və metabolit aşkar edilib. UEFA əvvəlcə oktyabrın 6-da onu 1 ay müddətinə diskvalifikasiya etmişdi. Lakin indi futbolçu 2 illik futboldan uzaqlaşdırılma cəzasına məruz qalıb.

Yeremenkonun bu cəzaya etiraz olaraq apelyasiyaya müraciət etmək üçün 3 gün vaxtı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR