İspaniya Ali Məhkəməsi Puçdemonun həbsi üçün beynəlxalq order verib

İspaniya Ali Məhkəməsi  Puçdemonun həbsi üçün beynəlxalq order verib
# 23 mart 2018 20:16 (UTC +04:00)

İspaniya Ali Məhkəməsi ölkədən qaçmış sabiq Kataloniya lideri Karles Puçdemon və onun bir neçə silahdaşının həbsinə beynəlxalq order verib.

APA-nın məlumatına görə, bu barədə “El Pais” qəzeti xəbər verib.

Məlumata görə, Kataloniya hökumətinin keçmiş üzvləri üsyana təhrikdə günahlandırırlar.

Xatırladaq ki, 2017-ci il, noyabrın 3-də İspaniya Milli Məhkəmə Kollegiyası K.Puçdemon və digər 4 nəfərin həbs edilməsinə dair qərar çıxarmışdı. Kataloniya hökumətinin keçmiş üzvləri qiyamın təşkilində, dövlət vəsaitlərin israf edilməsində ittiham olunurdular. Ölkə qanunvericiliyinə görə, bu ittihamlar üzrə 30 ilədək həbs cəzası nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR