Türkiyədə avtobusla minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Türkiyədə avtobusla minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var
# 02 dekabr 2017 00:38 (UTC +04:00)

Türkiyənin Bursa vilayətində ağır yol qəzası baş verib.

APA-nın “haberturk.com”-a istinadən verdiyi xəbərə görə, hadisə Mudanya yolunda qeydə alınıb.

Fabrik işçilərini daşıyan avtobusun minik avtomobili ilə toqquşması nəticəsində 3 nəfər ölüb.

Zərbənin gücündən avtobus yanı üstə aşıb. Qəza nəticəsində çoxlu sayda xəsarət alanların olduğu bildirilsə də, onların dəqiq sayı barədə hələlik məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR