Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başlayıb

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başlayıb
# 14 avqust 2015 04:36 (UTC +04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, proses avqustun 19-dək internet vasitəsilə aparılacaq.

Dövlət və özəl ali təhsil müəssisələrinə ümumilikdə 6 555 yer boş qalıb.

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər (orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub). Həmin jurnalı abituriyent.az saytından da ödəniş etməklə sifariş etmək olar.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı bu gün “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR