Kim Çen Inın Çinə səfəri başlayıb - YENİLƏNİB

Kim Çen Inın Çinə səfəri başlayıb - <span style="color: red;">YENİLƏNİB
# 19 iyun 2018 05:06 (UTC +04:00)

Şimali Koreya lideri Kim Çen In Çinə səfər edib.

APA-nın məlumatına görə, bu barədə “Nihon Television Network” xəbər verib.

KXDR liderinin təyyarəsi Pekinin hava limanına enib. Xəbər verildiyi kimi, Kim Çen In Pekində Çin sədri Si Cinpin ilə görüşəcək.

Danışıqların detalları açıqlanmır. Bu, Kim Çen Inın son üç ayda Çinə üçüncü səfəridir.

Bundan əvvəl “Nikkei Asian Review” bildirib ki, tərəflər iyunun 12-də Sinqapurda keçirilən KXDR-ABŞ sammiti və gələcək danışıqların strategiyasını müzakirə edəcəklər.

***

04:30

Şimali Koreya lideri Kim Çen In iyunun 19-da Çinə səfər edəcək.

APA-nın məlumatına görə, bu barədə “Nikkei Asian Review” nəşri xəbər verib.

Məlumata əsasən, KXDR lideri Pekində Çin sədri Si Cinpin ilə görüşəcək.

Tərəflər iyunun 12-də Sinqapurda keçirilən KXDR-ABŞ sammiti və gələcək danışıqların strategiyasını müzakirə edəcəklər.

Kim Çen In Pekinə təyyarə ilə gedəcək. Bu, onun son üç ayda Çinə üçüncü səfəridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR