Bakı sakinləri 2 kq-a yaxın civəni 100 min manata satarkən tutulublar

Bakı sakinləri 2 kq-a yaxın civəni 100 min manata satarkən tutulublar
# 27 yanvar 2017 08:01 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakıda civə alveri ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Elşən Quliyev və Xəqani Məmmədov 1 kiloqram 730 qram (ağ) və 10 ml (qırmızı) civəni 100 min manata satarkən tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR