Cəmşid Naxçıvanskinin 120 illik yubileyi qeyd olunub

Cəmşid Naxçıvanskinin 120 illik yubileyi qeyd olunub
# 21 avqust 2015 09:26 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Naxçıvan Dövlət Musiqili Dram Teatrında general Cəmşid Naxçıvanskinin 120 illik yubiley tədbiri keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbov və tədbir iştirakçıları əvvəlcə teatrın foyesində Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr olunmuş sərgiyə baxıblar.

Tədbirdə çıxış edən Vasif Talıbov hərb tariximizdə dəyərli iz qoymuş C. Naxçıvanskinin bacarıqlı sərkərdə kimi şərəfli döyüş yolu keçdiyini vurğulayıb.

Qeyd olunub ki, C. Naxçıvanski müsəlmanlardan ibarət süvari eskadronunun komandiri kimi Birinci Dünya müharibəsi cəbhələrində qəhrəmanlıq göstərib, müharibə başa çatandan sonra tabeliyində olan hərbi hissə ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin müdafiəsində iştirak edib.

30-cu illərinin repressiyası Cəmşid Naxçıvanskidən də yan keçməyib. Əvvəllər Azərbaycan Xalq Cümhuriyyətinin zabiti olduğuna görə ona qarşı təqiblər artır, haqsız ittihamlar irəli sürülürdü. 1938-ci ilin may ayında həbs olunan Cəmşid Naxçıvanskiyə ölüm hökmü çıxarılıb.

Tədbir iştirakçıları Naxçıvan Dövlət Televiziyasının Cəmşid Naxçıvanskinin yubileyi münasibətilə hazırladığı “Sərkərdə” televiziya filminə baxıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR