Bakı Ali Neft Məktəbində Novruz bayramı qeyd edilib

Bakı Ali Neft Məktəbində Novruz bayramı qeyd edilib
# 19 mart 2018 08:53 (UTC +04:00)

Bakı Ali Neft Məktəbində (BANM) Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə BANM-ın rəhbərliyi, professor-müəllim heyəti, əməkdaşları və tələbələri iştirak ediblər.

Ali Məktəbin rektoru Elmar Qasımov bayram tədbirini çıxışı ilə açaraq, bütün BANM ailəsini Novruz bayramı münasibətilə təbrik edib. Rektor tədbir iştirakçılarına milli ənənəni özündə qoruyub saxlayan Novruzun tarixindən, milli və tarixi motivlərin bu bayramda yer alması və təmsil olunmasından, əsrlər boyu qorunub saxlanan adət ənənələrdən danışıb. “Novruz tariximizi, adət ənənələrimizi və birgə dəyərlərimizi gələcək nəsillərə ötürə bilmək üçün ən gözəl vasitədir”, - deyə Elmar Qasımov bildirib.

Tədbirdə Novruz bayramının əvəzsiz qonaqları Bahar qız, Keçəl və Kosa iştirak öz təbrik və maraqlı zarafatları ilə tədbir iştirakçılarında xoş əhval ruhiyyə yaradıblar.

Daha sonra tədbir bədii hissə ilə davam edib, tələbələr bayrama həsr etdikləri musiqi kompozisiyaları ilə çıxış edib, nəğmələr oxuyub və rəqs ediblər.

Tədbirin sonunda Ali Məktəbin kampusunun həyətində Novruz tonqalı yandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR