Meksikada turist avtobusu yük maşını ilə toqquşub, 12 nəfər ölüb, 20 nəfər xəsarət alıb

Meksikada turist avtobusu yük maşını ilə toqquşub, 12 nəfər ölüb, 20 nəfər xəsarət alıb
# 10 oktyabr 2016 22:07 (UTC +04:00)

Bakı-APA. Meksikanın Nayarit ştatında turist avtobusu qaz daşıyan yük maşını ilə toqquşub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Baya-de-Banderas yaşayış məntəqəsində baş verən qəzada 12 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

İlkin versiyaya görə, yük maşınının sürücüsü qəflətən idarəetməni itirərək qarşı zolağa çıxıb və avtobusla toqquşub.

Qeyd edək ki, oktyabrın əvvəlində Mexiko-Verakrus magistralında avtobusla treylerin toqquşması nəticəsində 13 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR