Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "Road&Traffic 2018" sərgisində iştirak edir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "Road&Traffic 2018" sərgisində iştirak edir
# 12 iyun 2018 09:56 (UTC +04:00)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakı Ekspo Mərkəzində təşkil olunan 8-ci Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat "Road&Traffic 2018" sərgisində iştirak edir.

Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, "Road&Traffic 2018" sərgisinin məqsədi yol, körpü və tunellərin tikintisi və layihələndirilməsi sahəsində əldə olunan ən son nailiyyətlərin təqdimatı, yol hərəkətinin idarə edilməsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi və digər sahələrdə problemlərin həlli yollarının inkişaf etdirilməsidir.

“Road & Traffic 2018” sərgisində Azərbaycan, Belçika, Belarus Respublikası, İran, Polşa, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən şirkətlər yol və tunellərin layihələndirilməsi və tikintisi, yol təhlükəsizliyi vasitələri, şəhər infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı, yol maneələri, nəqliyyatı intellektual idarəetmə sistemləri, elektron yol monitorları, avtobuslar və bir sıra digər məhsulları təqdim edirlər.

“Road & Traffic 2018” sərgisi 17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian/Translogistica 2018” və 5-ci Yubiley Xəzər Beynəlxalq Kater və Yaxtalar “CIBS 2018” sərgiləri ilə eyni meydançada keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR