Elmar Məmmədyarov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktorunu qəbul edib.

Elmar Məmmədyarov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktorunu qəbul edib.
# 05 iyun 2018 16:55 (UTC +04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş direktoru Frensis Qarrini qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tərəflər Azərbaycan Respublikası və ÜƏMT arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

E. Məmmədyarov ölkədə son illər ərzində əqli mülkiyyət sahəsində bir sıra əsaslı işlərin görüldüyünü bildirərək, dövlət tərəfindən bu sahənin inkişafına xüsusi diqqətin göstərildiyini deyib.

Tərəflər ÜƏMT və Azərbaycan arasında imzalanmış sənədlərin, eləcə də 2018-2021-ci illəri əhatə edən Tədbirlər Planının əlaqələrin daha da genişlənməsinə xidmət edəcəyinə əminliklərini ifadə ediblər.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında danışan nazir E. Məmmədyarov işğal altındakı ərazilərin resursların talanmasına yönəlik fəaliyyətlə məşğul olan Ermənistan şirkətlərinin və buradakı tarixi Azərbaycan ərazilərinə istinad edilən saxta ticarət nişanlarının və dəyişdirilmiş coğrafi göstəricilərin ÜƏMT sistemi vasitəsilə təşviq edilməsinə imkan verilməməsinin vacibliyini vurğulayıb.

Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR