Cəlilabad sakininin həyətindən çətənə kolları aşkarlanıb

Cəlilabad sakininin həyətindən çətənə kolları aşkarlanıb
# 20 iyun 2015 10:30 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev - APA. Cəlilabad rayonunda polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində həyətyanı sahəsində çətənə kollarının kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. APA-nın cənub bürosunun məlumatına görə, əməliyyat rayon sakini Suleyman Babayevə məxsus həyətdə aparılıb. Nəticədə adı çəkilən şəxsə məxsus aqrotexniki qaydada qulluq edilən 19 ədəd çətənə kolu aşkarlanıb. Polis əməkdaşları kolları məhv ediblər.

S.Babayev isə istintaqa cəlb olunub.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR