Səyyar ASAN xidmət Şabran və Şəmkirdə 4 rayonun sakinlərinə xidmətə başlayıb

Səyyar ASAN xidmət Şabran və Şəmkirdə 4 rayonun sakinlərinə xidmətə başlayıb
# 22 avqust 2015 23:24 (UTC +04:00)

Bakı-APA. 22 avqust- 5 sentyabr tarixlərində Səyyar ASAN xidmət Şabran rayonunda Şabran və Xaçmaz, Şəmkir rayonunda isə Şəmkir və Tovuz sakinlərinə səyyar formada xidmət göstərəcək.

“ASAN xidmət”in informasiya təminatı şöbəsindən APA-ya verilən xəbərə görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

• Notariat fəaliyyəti;

• Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

• Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

• Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

• Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

• Əmək pensiyalarının təyin edilməsi;

• Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

• Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

• Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR