Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində mətbuatın 140 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTOSESSİYA

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində mətbuatın 140 illik yubileyi münasibətilə tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 21 iyul 2015 13:14 (UTC +04:00)

Bakı. Ağa Cəfərli – APA. Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Azərbaycan Milli Mətbuatının 140 illiyinə həsr olunmuş tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Xidmətin rəisi, general-leytenant Arzu Rəhimov son illər Azərbaycan dövlətinin mətbuata xüsusi diqqət göstərdiyini bildirib.

A. Rəhimov rəhbərlik etdiyi qurumun mətbuatla sıx əməkdaşlıq etdiyini vurğulayıb: “Azərbaycan prezidenti cənab İlham Əliyevin Azərbaycan Milli Mətbuatının 140 illiyi ilə bağlı imzaladığı sərəncam 22 iyula verilən ən böyük töhfədir. Bizim Xidmət mətbuatla daha sıx əməkdaşlıq edir. Demək olar ki, mətbuatla əlaqələrimiz çox yaxşıdır. Ancaq mətbuatla əlaqələrimiz bundan da yaxşı olmalıdır”.

Xidmət rəisi qeyd edib ki, jurnalistlər neqativ hallara qarşı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə hərəkət etməlidirlər: “Hər bir qurumda çatışmazlıqlar var. O cümlədən də bizim Xidmətdə müəyyən çatışmazlıqlar nəzərə çarpır. Belə hallara qarşı biz birlikdə mübarizə aparmalıyıq”.

Sonda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə fəal əməkdaşlıq etdiklərinə görə bir qrup jurnalistə Fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub

Qeyd edək ki, mükafatlandırılanlar arasında "APA Holdinq"in əməkdaşı da var.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR