Bakıda ticarət mərkəzindən 28 min manat dəyərində televizor oğurlanıb

Bakıda ticarət mərkəzindən 28 min manat dəyərində televizor oğurlanıb
# 13 avqust 2015 10:37 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda ticarət mərkəzindən 28 min manat dəyərində televizor oğurlanıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da Boran Quliyevə məxsus anbardan 28 000 manat dəyərində 49 ədəd televizor oğurlayıb orada mühafizəçi işləyənlər - Bakı şəhər sakini İbrahim Bağırov, Şərur rayon sakini Həsən Məmmədov və Sabirabad rayon sakini Həsrət Quliyev tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR