Con Kerri ABŞ-ın suriyalı qaçqınları qəbul etməyə hazır olduğunu bəyan edib

Con Kerri ABŞ-ın suriyalı qaçqınları qəbul etməyə hazır olduğunu bəyan edib
# 10 sentyabr 2015 11:19 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. ABŞ dövlət katibi Con Kerri növbəti maliyyə ili üçün ölkəsinin qəbul edəcəyi qaçqınların sayının artırılması fikrini dəstəkləyib.


APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbər görə, bu barədə “The New York Times” qəzeti məlumat yayıb. “Biz qəbul edəcəyimiz qaçqınların sayının artırılması fikrinə sadiqik. Hazırda biz onların dəqiq sayını müəyyənləşdirməyə çalışırıq”, - deyə Kerri söyləyib.


C. Kerri 100 minə yaxın məcburi köçkünə viza verilməsinin mümkün olduğunu bildirib. Lakin bu, yekun qərar deyil.

30 sentyabrda başa çatacaq 2015-ci maliyyə ilində hakimiyyət 70 min qaçqına viza verilə biləcəyini açıqlamışdı. Obama administrasiyası daha əvvəl qanunverici orqandan növbəti maliyyə ili üçün limiti daha 5 min artırmağı təklif etmişdi. Lakin Avropada miqrant böhranın təhlükəli səviyyəyə qalxmasından sonra Dövlət Departamenti məsələyə daha ciddi yanaşmağı təklif edib.

Qeyd edək ki, bu gün 2 milyondan çox suriyalı qaçqın Misir, İraq, İordaniya və Livan ərazisində sığınacaq tapıb. 1,9 milyondan çoxu isə Türkiyədədir. Daha 348 min suriyalı isə Avropa ölkələrinə sığınacaq üçün müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR