Ağdaşda ev yanıb, 89 yaşlı ev sahibi yanaraq ölüb

Ağdaşda ev yanıb, 89 yaşlı ev sahibi yanaraq ölüb
# 01 fevral 2017 13:19 (UTC +04:00)

Ağdaş rayonunda yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, yanğın saat 15.30 radələrində Qarağan Sədi kəndində qeydə alınıb.

Kənd sakini, 1928-ci il təvəllüdlü Mustafayev Səftər Mustafa oğluna məxsus ev tamamilə yanaraq yararsız hala düşüb.

Hadisə yerinə FHN-in Ağdaş Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvəsi cəlb olunub.

Yanğının yayılmasının qarşısı alınıb.

Yanğın söndürüldükdən sonra ev sahibinin yanmış meyiti aşkarlanaraq aidiyyatı üzrə təhvil verilib.


Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR