Azərbaycan səfirinə Rio de Janeyronun fəxri vətəndaşı adı verilib

Azərbaycan səfirinə Rio de Janeyronun fəxri vətəndaşı adı verilib
# 21 noyabr 2016 13:44 (UTC +04:00)

Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanova Rio de Janeyro şəhərinin fəxri vətəndaşı adı verilib.

Azərbaycanın Braziliyadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfir Azərbaycanla Rio de Janeyro arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə təltif edilib.

Təltifetmə mərasimində Rio de Janeyro Şəhər şurasının üzvü Joao Rikardo Ribas səfirliyin təşəbbüsü ilə Rio de Janeyroda müxtəlif layihələrin uğurla həyata keçirildiyini, Azərbaycanın Rio de Janeyroda tanıdılması istiqamətində mühüm iş aparıldığını və bu tədbirlərin ikitərəfli münasibətlərin genişlənməsinə yönəldiyini diqqətə çatdırıb.

Səfir E. Sultanov isə ona Rio de Janeyro şəhərinin fəxri vətəndaşı adının verilməsindən şərəf hissi duyduğunu bildirərək, bunu Azərbaycana olan hörmətin təcəssümü, Azərbaycan və Braziliya həmçinin, qardaşlaşmış şəhərlər olan Bakı və Rio de Janeyro arasındakı dostluğun rəmzi kimi qiymətləndirib.

Diplomat ölkəmizin tolerantlıq və multikulturalizm ənənələri, Azərbaycanın ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlər, habelə Azərbaycan-Braziliya əlaqələri haqqında ətraflı məlumat verib, Ermənistanın Azərbaycana qarşı davam edən hərbi işğalı haqqında danışıb. E. Sultanov Rio de Janeyroda Azərbaycan adına bələdiyyə məktəbinin fəaliyyət göstərməsinin iki ölkə arasındakı dostluğun bariz nümunəsi olduğunu vurğulayıb.

Sonra E. Sultanov Heydər Əliyev Fondunun Azərbaycan haqqında nəşrlərini Şəhər şurasına hədiyyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR