Şirvanda ölən piyadanın şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB

Şirvanda ölən piyadanın şəxsiyyəti müəyyənləşib - <span style="color: red;">YENİLƏNİB
# 13 noyabr 2016 20:03 (UTC +04:00)

Bu axşam Şirvan şəhərində avtomobillə vurularaq öldürülən şəxsin kimliyi məlum olub.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi saat 21.00 radələrində Şirvan şəhəri H.Əliyev prospektində baş verib.

Şirvan sakini, 1979-cu il təvəllüdlü Qarayev Şahin Zülfəli oğlu idarə etdiyi “VAZ 2106” markalı 18 BC 568 dövlət nömrə nişanlı avtomobillə Şirvan sakini, 1939-cu il təvəllüdlü Hüseynova Gülnaz Kərim qızını yolu keçərkən vurub.

Ağır xəsarət alan yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsinin istintaq bölməsində cinayət işi açılıb, araşdırma aparılır.

***

21:37

Şirvan şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, bu gün axşam saatlarında “VAZ 2106” markalı avtomobil şəxsiyyəti hələ ki müəyyənləşdirilməyən qadını vurub .

Ağır xəsarət alan yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsinin istintaq bölməsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR