"Gilan Tekstil Parkı" bu il 6,6 mln. dollarlıq məhsul ixrac edib

"Gilan Tekstil Parkı" bu il 6,6 mln. dollarlıq məhsul ixrac edib
# 11 iyul 2017 12:54 (UTC +04:00)

"Gilan Tekstil Parkı" MMC cari ilin I yarısında 6,6 mln. dollar dəyərində olan məhsul ixrac edib. "APA-Economics" xəbər verir ki, bu barədə MMC-nin rəhbəri Mehriban Axundova bildirib.

"2016-cı il ərzində "Gilan Tekstil Parkı" ümumi dəyəri 5,6 mln. dollar olan məhsul ixrac etdiyi halda, cari ilin birinci yarısında şirkət tərəfindən 6,6 mln. dollarlıq məhsul ixrac olunub", - deyə M. Axundova bildirib.

Onun sözlərinə görə, Azərbaycanın ixracatın stimullaşdırılması nəticəsində "Gilan Tekstil Parkı"nın ixrac potensialı ikiqat artıb.

"Gilan Tekstil Parkı" 2012-ci ildən fəaliyyətə başlayır. Şirkətin ticarət nişanı olan "Giltex" məhsulları 100% Azərbaycan pambığındandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR