Avropa İttifaqına (Aİ) üzv dövlətlər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təhlükəsizlik təminatları ilə bağlı məktubuna cavab verib.
APA-nın xəbərinə görə, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell "Twitter"də bildirib.
“Nazir Lavrovdan aldıqları məktublara Avropa İttifaqına üzv dövlətlərin adından cavab verdim”, - o vurğulayıb.
Aİ-nin Ali Nümayəndəsi gərginlik və fikir ayrılığının dialoq və diplomatiya yolu ilə həll edilməli olduğunu vurğulayıb: “Biz Rusiyanı gərginliyi azaltmağa, Ukrayna və onun ətrafında, habelə Belarusdan hərbi birləşmələrini geri çəkməyə çağırırıq”.