Timoşenko seçkilərdə qalib gələcəyi təqdirdə Poroşenkonu həbslə hədələyib

Timoşenko seçkilərdə qalib gələcəyi təqdirdə Poroşenkonu həbslə hədələyib
# 08 mart 2019 04:36 (UTC +04:00)

Ukrayna prezidentliyinə namizəd, “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko prezident seçkilərində qalib gələcəyi təqdirdə, hazırkı dövlət başçısı Petro Poroşenkonu cinayət məsuliyyətinə cəlb etməklə hədələyib.

ONA-nın məlumatına görə, bu barədə Y. Timoşenko Ukraynanın Lb.ua internet nəşrinə müsahibəsində bildirib.

“Mən vədimə əməl edəcək, onun üç dostunu həbs etdirəcəyəm. Əgər onlar Poroşenkonun əleyhinə ifadə versələr - onlar isə bunu mütləq edəcəklər - onda Poroşenko Cinayət Məcəlləsi üzrə cavab verəcək”, - deyə Timoşenko vurğulayıb.

Timoşenko Poroşenko və ətrafını korrupsiya cinayətlərində ittiham edib.

Ukraynada prezident seçkiləri bu il martın 31-də keçiriləcək. Dövlət başçısı postuna başlanğıcda 44 nəfər namizədliyini verib, sonradan isə onlardan 5-i namizədliyini geri götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR