Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən 227 hakim və prokuror vəzifəsindən kənarlaşdırılıb

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən 227 hakim və prokuror vəzifəsindən kənarlaşdırılıb
# 20 fevral 2017 18:56 (UTC +04:00)

Türkiyədə FETÖ təşkilatı ilə əlaqədə şübhəli bilinən daha 227 hakim və prokuror vəzifəsindən kənarlaşdırılıb

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, onlar ötən ilin iyulunda dövlət çevrilişinə cəhd ilə bağlı cinayət işi çərçivəsində vəzifəsindən kənarlaşdırılıb.

Türkiyə hakim və prokurorlar ali şurasının sədr müavini Mehmet Yılmazın bildirdiyinə görə, indiyədək dövlət çevrilişinə cəhd hadisəsi ilə bağlı 3886 hakim və prokuror vəzifəsindən uzaqlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR