Girov götürülən Liviyanın sabiq baş naziri azadlığa buraxılıb

Girov götürülən Liviyanın sabiq baş naziri azadlığa buraxılıb
# 23 avqust 2017 03:25 (UTC +04:00)

Girov götürülən Liviyanın sabiq baş naziri Əli Zeydan azadlığa buraxılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Libya Herald” nəşrinə sabiq baş nazirin yaxın qohumu bildirib.

Əli Zeydanın azad edilməsi əməliyyatının detalları açıqlanmır.

O, silahlı qrup tərəfindən Tripolidəki otellərdən birindən oğurlanmışdı. Əli Zeydan 2013-cü ildə baş nazir vəzifəsində çalışarkən də oğurlanmışdı, lakin həmin gün azadlığa buraxılmışdı.

Əli Zeydanın hələ də Tripolidə olduğu və azadlığa buraxıladeq bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR