Ərdoğan 4 saatlıq toplantı keçirib: “Barış bulağı” əməliyyatı Türkiyə məqsədinə çatanadək davam edəcək”

Ərdoğan 4 saatlıq toplantı keçirib: “Barış bulağı” əməliyyatı Türkiyə məqsədinə çatanadək davam edəcək”
# 27 noyabr 2019 00:05 (UTC +04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu gün Türkiyə Prezident Administrasiyasında Milli Təhlükəsizlik Qurumunun (MTQ) 4 saat 10 dəqiqəlik toplantısı olub.

APA-nın Türkiyə mediasına istinadla xəbərinə görə, toplantıda MTQ “Barış bulağı” əməliyyatının Türkiyənin təhlükəsizliyi sahəsində məqsəd əldə olunana qədər davam edəcəyi haqqında qərar qəbul edib.

PKK/PYD, YPG, İŞİD, FETO kimi terror təşkilatlarına qarşı ölkə daxilində və xaricində mübarizə üçün aparılan əməliyyatlar haqqında MTQ-yə məlumat verilib. MTQ Türkiyənin cənub sərhədləri boyunca milli təhlükəsizliyin təminatını, BMT-nin Təhlükəsizlik Şurasının qərarları ilə Adana razılaşması və özünümüdafiə hüququ çərçivəsində həyata keçirilən “Barış bulağı” əməliyyatı hərtərəfli müzakirə olunub.

Türkiyədə sığınacaq alan suriyalıların təhlükəsiz və könüllü şəkildə torpaqlarına dönməsi istiqamətində də ətraflı müzakirələr aparılıb. Tel-Rıfat və Menbiç bölgələri də daxil olmaqla terrorçuların ərazidən təmizlənməsi əməliyyatının qısa müddətdə başa çatması ilə bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR