Bank Of Baku

FHN Kəlbəcərdə “Tikintidə yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbiri keçirib

FHN Kəlbəcərdə  maarifləndirmə tədbiri keçirib

© APA | FHN Kəlbəcərdə maarifləndirmə tədbiri keçirib

# 18 avqust 2021 17:38 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Kəlbəcər rayonu ərazisində inşa edilən Hərbi Hospital Kompleksində “Tikintidə yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Nazirlikdən APA-ya bildirilib ki, Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Kəlbəcər rayon Dövlət Yanğın Mühafizə Hissəsinin əməkdaşları və tikinti aparan şirkətin fəhlə və qulluqçuları iştirak edib.

Tədbir iştirakçılarına tikinti ərazisinin təmiz vəziyyətdə saxlanmasının, ilkin yanğınsöndürmə alət və vasitələrindən istifadə üsulları, yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR