Lənkəranda uşaq geyimləri mağazası yanıb

Lənkəranda uşaq geyimləri mağazası yanıb
# 09 fevral 2017 18:17 (UTC +04:00)

Lənkəranda uşaq geyimləri mağazası içindəki əşyalarla birlikdə yanıb.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran şəhərinin Qala xiyabanı küçəsi ilə Bala Məmməd küçəsinin kəsişməsində yerləşən şəhər sakini Raqib Mehdiyevə məxsus ümumi sahəsi 60 kvadratmetr olan mağazada baş verib. Dərhal hadisə yerinə Lənkəran yanğından mühafizə hissəsinin iki yanğınsöndürmə briqadası cəlb olunub.

Yanğının səbəbi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR