Prezident: “Pambıqçılığın iqtisadiyyata çox böyük xeyri var, bu, ölkəmizə valyuta gətirir”

Prezident: “Pambıqçılığın iqtisadiyyata çox böyük xeyri var, bu, ölkəmizə valyuta gətirir”
# 28 mart 2017 12:34 (UTC +04:00)

“Pambıqçılığın ölkə iqtisadiyyatına çox böyük xeyri var. Bu, ölkəmizə valyuta gətirir və pambıq elə bir məhsuldur ki, dünya birjalarında satılır. Ona görə, pambığın və mahlıcın satışı üçün bazarları aramaq lazım gəlmir və bu, əlbəttə ki, böyük üstünlükdür”.

APA-nın məlumatına görə, bunu Saatlıda keçirilən müşavirədə Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir: “Keçən il pambıqçılığa 10 minlərlə insan cəlb edilib. Bu il bu rəqəm daha da böyük olacaq. Bölgələrdə məşğulluğun artırılması baxımından pambıqçılığın çox böyük xeyri var. Bunu artıq pambıq əkən bütün rayonların ictimaiyyəti və vəzifəli şəxslər yaxşı bilirlər, görürlər ki, bu gün bu rayonlarda işləmək istəyən, ancaq hələ işsiz qalan vətəndaş özü üçün iş tapa bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR