Tümen maşınqayırma kompleksi SOCAR-la əməkdaşlıq edəcək

Tümen maşınqayırma kompleksi SOCAR-la əməkdaşlıq edəcək
# 02 noyabr 2016 12:24 (UTC +04:00)

"Rusiyanın Tümen vilayətinin hökuməti SOCAR-a maşınqayırma kompleksi çərçivəsində əməkdaşlıq təklif edir". "APA-Economics" xəbər verir ki, bunu Bakıda səfərdə olan vilayətin qubernatoru Vladimir Yakuşev bildirib.

Qubernator qeyd edib ki, kompleks bir sıra iri neft şirkətləri ilə aktiv əməkdaşlıq edir: "Dünən biz SOCAR rəhbərliyi ilə görüş keçirdik. Söhbət zamanı məlum oldu ki, Tümen maşınqayırma kompleksinin istehsal etdiyi məhsullara Azərbaycan bazarında da böyük tələbat var. Bu səbəbdən biz SOCAR-la əməkdaşlıq etmək niyyətindəyik. Əməkdaşlığın detalları barədə ətraflı müzakirə aparılıb. SOCAR məhsullarımızın keyfiyyətindən razıdır. Kompleks Azərbaycan bazarında iştirakını genişləndirməyi qarşısına hədəf qoyub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR