Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 22 Avqust - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 22 Avqust - <span style="color: red;">VİDEO
# 22 avqust 2015 17:02 (UTC +04:00)

Ötən ilin sonlarında “G-7” sammitində verilən proqnozlar özünü doğrultdu. Zirvə toplantısından sonra dünya liderlərinin verdiyi açıqlamaların ana xəttini bir fikir təşkil edirdi - planeti iki il davam edəcək ağır böhran gözləyir. 2015-ci ildə başlanacaq böhran ilin ortalarından sürətlənərək 2016-cı ilin əvvəllərində pik həddə çatacaq, dünya iqtisadiyyatı gələn ilin ikinci rübündən sonra stabilləşməyə başlayacaq. Gözləntilər özünü doğrultdu, Çində yuanın devalvasiyaya uğraması ilə iqtisadi böhran ölkələri bir-bir öz cənginə almağa başlayıb. Çinlə böyük həcmli ticarət münasibətlərinə malik olan Cənubi Koreya, Vyetnam, Malayziya, Qazaxıstan da avtomatik olaraq devalvasiya etməli oldu, Rusiyada isə rubl dollar qarşısında rekord həddə dəyər itirdi. Türkiyə və Gürcüstanda da analoji proseslər başlayıb. Dünyanın ən varlı 400 şəxsinin bir gündə 70 milyard dollardan artıq vəsait itirməsi artıq ciddi siqnaldır. Belə görünür ki, hətta iqtisadi böhrana hazırlıqlı olan ölkələr, transmilli şirkətlər belə iqtisadi böhranın təsirindən sığortalanmaqda çətinlik çəkirlər. Dünya iqtisadiyyatının mövcud durumu Devid Kemeronu haqlı çıxardı – bu iqtisadi böhran əvvəlkilərindən qat-qat ağır olacaq... Böhran isə hələ indi başlayıb...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR