İran prezidenti Rusiyaya səfər edəcək

İran prezidenti Rusiyaya səfər edəcək
# 03 iyul 2015 07:29 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İran prezidenti Həsən Ruhani Rusiyaya səfər edəcək. APA-nın “Rossiyskaya qazeta”ya istinadən verdiyi məlumat görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb. O bildirib ki, İran prezidenti 9-10 iyul tarixlərində Ufa şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək.

Qeyd edək ki, Rusiya, Qazaxıstan, Çin, Qırğızıstan, Tacikistan, Özbəkistan bu təşkilatın daimi üzvləridir. Monqolustan, İran, Hindistan, Pakistan və Əfqanıstan isə müşahidəçi statusu daşıyırlar. Ufada keçiriləcək toplantıda Şanxay Əməkdaşlıq Təşkilatının genişləndirilməsi ilə bağlı siyasi qərarın veriləcəyi gözlənilir. İran, Hindistan və Pakistan təşkilata üzv ola biləcək əsas ölkələr kimi qeyd edilir. Bir sıra ölkələrin, o cümlədən Azərbaycan və Ermənistanın təşkilatda müşahidəçi statusu almaq barədə müraciət etdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR