Macarıstanın Azərbaycandakı səfiri Tərcümə Mərkəzində olub

Macarıstanın Azərbaycandakı səfiri Tərcümə Mərkəzində olub
# 19 aprel 2017 13:02 (UTC +04:00)

Aprelin 19-da Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski Tərcümə Mərkəzində olub. Mərkəzdən APA-ya verilən məlumata görə, görüş zamanı Mərkəzin macar ədəbiyyatına ayırdığı xüsusi diqqətdən, görkəmli macar yazıçılarının, xüsusən Peter Nadaş və Nobel mükafatı laureatı İmre Kertesin əsərlərinin müxtəlif illərdə tərcümə və nəşr edilərək Azərbaycan oxucusuna tanıdılmasından, İmre Kertesin, hazırda nəşrə hazırlanan məşhur “Talesiz” romanından, bədii tərcümənin problemlərindən söz açılıb.

A.Məsud bildirib ki, həm ölkəyə, həm də dünyaya təqdim olunan hər bir kitabın öz ünvanına çatmasının, geniş oxucu kütləsi və yüksək dəyər qazanmasının ilkin şərti bədii tərcümənin keyfiyyətidir ki, Mərkəz bu məqama xüsusi həssaslıqla yanaşır: “Əfsuslar olsun ki, hələ ki, bu qeyri-peşəkar müdaxilələrin, ümumilikdə, birbaşa ədəbiyyatın əleyhinə işləyən bu zərərli tendensiyanın qarşısını almaq imkanımız yoxdur”.

İ.Laslotski Azərbaycan və macar xalqlarının qədim tarixi və dil yaxınlığından danışaraq, bu mənada, ədəbi əlaqələrə böyük ehtiyac duyulduğunu qeyd edib.

Görüşdə Macarıstan – Azərbaycan ədəbiyyatları arasında sıx əlaqələrin davamı olacaq digər layihələr – macar yazıçılarının əsərlərinin toplu halında Azərbaycanda, Azərbaycan yazıçılarının əsərlərinin Macarıstanda nəşri və təqdimatı məsələləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR