Yevlax sakini həmyerlisini güllələyib

Yevlax sakini həmyerlisini güllələyib
# 30 mart 2017 10:16 (UTC +04:00)

Yevlaxda silahlı insident olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 29-da Yevlax rayonunun Hacıselli kəndində rayon sakini Azaq Musayev münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmyerlisi Tağı Qurbanovu qətlə yetirib.

Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə A. Musayev tutulub, hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "İJ" markalı tüfəng götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR