FHN Qubada baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb

FHN Qubada baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb
# 08 sentyabr 2015 00:03 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyi sentyabrın 7-də Qubada baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Quba rayonu, H.B.Zərdabi qəsəbəsində (rayon mərkəzindən 12 km aralı) 1975-ci il təvəllüdlü Qəribov Seymur Samir oğluna məxsus "Hyundai" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə avtomobilin sürücüsü S.Qəribov və avtomobildə olan 2 nəfər, 1982-ci il təvəllüdlü Hüseynov Camal Tofiq oğlu həmçinin, 1979-cu il təvəllüdlü Rəhimov Emil Ağarəhim oğlu hadisə yerindəcə vəfat ediblər. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri deformasiyaya uğramış avtomobildən cəsədləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR