Milli Məclisin nümayəndə heyəti Rəfsəncanının dəfnində iştirak edib

Milli Məclisin nümayəndə heyəti Rəfsəncanının dəfnində iştirak edib
# 10 yanvar 2017 15:27 (UTC +04:00)

Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov, parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, deputatlardan Nəriman Əliyev, Şəmsəddin Hacıyev, Hüseynbala Mirələmov, Aydın Mirzəzadə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində səfərdədir.

MM-dən APA-ya verilən məlumata görə, parlament nümayəndə heyəti İran İslam Respublikasının sabiq prezidenti Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin dəfn mərasimində iştirak edib.

Səfər yanvarın 12-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR