Manat avro və lirəyə qarşı 1% bahalaşıb

Manat avro və lirəyə qarşı 1% bahalaşıb
# 05 dekabr 2016 06:27 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 2-si ilə müqayisədə dəyişməyərək 1,7339 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,18% zəifləyərək 1,8297 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,74% ucuzlaşaraq 0,0270 manata çatıb.

Türkiyə lirəsinin məzənnəsi 1,07% zəifləyərək 0,4904 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2001 manatdır. Beləliklə, funt sterlinq 0,65%-lik artım nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi isə 0,71% bahalaşaraq 0,6808 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR