ABŞ və Cənubi Koreya prezidentləri arasında görüş olacaq

ABŞ və Cənubi Koreya prezidentləri arasında görüş olacaq
# 05 may 2018 00:48 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp və Cənubi Koreyanın dövlət başçısı Mun Çje İn arasında görüş keçiriləcək.

APA-nın məlumatına görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

“Prezident Tramp mayın 22-də Ağ Evdə Koreya Respublikasının prezidenti Mun Çje İnı qəbul edəcək. Tərəflər həmçinin prezident Tramp və KXDR lideri Kim Çen In arasında qarşıdan gələn görüşün detallarını müzakirə edəcəklər”, məlumatda deyilir.

Qeyd edək ki, hazırda ABŞ və Şimali Koreya liderlərinin tarixi görüşünə hazırlıq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR