Əcnəbilərin bank kartlarıyla apardıqları əməliyyatların həcmi açıqlanıb

Əcnəbilərin bank kartlarıyla apardıqları əməliyyatların həcmi açıqlanıb
# 01 mart 2019 15:42 (UTC +04:00)

Xarici ölkə vətəndaşlarının Azərbaycanda bank kartlarıyla apardıqları əməliyyatların həcmi açıqlanıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən ONA-ya verilən məlumata görə, bu ilin yanvar ayında Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 88,3 milyon manat təşkil edib.

Bu, 2018-ci ilin yanvar ayı ilə müqayisədə 1,5 faiz azdır. Keçən ilin yanvar ayında Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə əməliyyatların dəyəri 99,8 milyon manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR