Nazir: “Gürcüstan dünyada ən tolerant ölkələrdən biridir”

Nazir: “Gürcüstan dünyada ən tolerant ölkələrdən biridir”
# 27 iyul 2018 08:47 (UTC +04:00)

“Gürcüstanın zəngin tolerantlıq tarixi var və ölkədə yüz illərdir müxtəlif dini konfessiya və etnik azlıqlar harmoniya şəklində yaşayırlar”.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani Vaşinqtonda dini azadlıqlar mövzusunda keçirilmiş beynəlxalq konfransda çıxışı zamanı deyib. O bildirib ki, Gürcüstan dünyada ən tolerant cəmiyyəti olan ölkələrdən biri kimi möhkəmlənib: “Ölkədə unikal fenomen mövcuddur – şiə və sünnilər bir məsciddə ibadət edirlər”.

Nazir qeyd edib ki, Gürcüstan tolerantlıq və dialoqun inkişafı istiqamətində xüsusi addımlar atıb: “2014-cü ildən sonra 202 məscid müsəlman, 20 sinaqoq yəhudi, iki kilsə isə yevangelist protestant icmasına qaytarılıb”.

D. Zalkaliani Gürcüstanın işğal altında olan ərazilərində dini azadlıq sahəsində mövcud problemlərə də toxunub. XİN başçısı Abxaziya və Cənubi Osetiyada bir sıra gürcü kilsə və monastırların dağıdıldığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR