Şimali İrlandiyada hərbi bazada partlayış baş verib

Şimali İrlandiyada hərbi bazada partlayış baş verib
# 14 avqust 2015 20:53 (UTC +04:00)

Bakı-APA. Şimalı İrlandiyanın paytaxtı Belfast şəhəri yaxınlığında yerləşən “Palace Barracks” hərbi bazasında partlayış baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, partlayıcı maddə hərbi bazanın ərazisində hərəkət edən poçt mikroavtobusunda işə salınıb.

Polisin məlumatına görə, partlayış nəticəsində başlayan yanğın digər iki avtomobil və yaxınlıqdakı qarajlara keçib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Hadisənin başvermə səbəbləri və zərərçəkənlər barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR