ETSN: Havada müşahidə olunan tozun miqdarı sutka ərzində norma həddinə qədər enəcək

ETSN: Havada müşahidə olunan tozun miqdarı sutka ərzində norma həddinə qədər enəcək
# 24 avqust 2017 08:30 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Nazirlikdən APA-ya bildirilib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata əsasən, avqustun 23-də gün ərzində və avqustun 24-də gecə saatlarında Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan yuxarı qeydə alınıb.

Ölkə ərazisinə daxil olan şimal-qərb küləyi ilə əlaqədar atmosfer havasında tozun miqdarının sutka ərzində norma həddinə qədər enəcəyi proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR