İzmirdə məhkəmə qarşısında partlayış törədilib, iki nəfər ölüb, on nəfər yaralanıb - YENİLƏNİB-1

İzmirdə məhkəmə qarşısında partlayış törədilib, iki nəfər ölüb, on nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB-1
# 05 yanvar 2017 15:20 (UTC +04:00)

Bu gün yerli vaxtla saat 16.00 (Bakı vaxtı ilə saat 17.00) İzmirdə məhkəmə binası qarşısında törədilən partlayış nəticəsində 1 polis və 1 məhkəmə işçisi şəhid olub.

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 10 nəfər yaralanıb.

Məhkəmə binası qarşısında törədilən terror aktının təfərrüatları məlum olub.

Terrorçuların olduğu iki avtomobil məhkəmə binasının qarşısındakı duracağa daxil olmağa çalışıb, ancaq polis bunun qarşısını alıb. Bunu görən terrorçular avtomobillərdən birini partladıb. Sonra atışma başlayıb. Terrorçulardan biri orada, digəri isə 150 metr uzaqlıqda öldürülüb. Digər terrorçunun axtarışı davam edir.

***

saat 17.40

Bu gün yerli vaxtla saat 16 radələrində İzmirdə məhkəmə binası qarşısında partlayış bomba yüklü avtomobillə törədilib.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, partlayış məhkəmənin C qapısında, yalnız hakim və prokurorların avtomobillərinin saxlanılmasına icazə verilən duracaqda törədilib.

Partlayışdan sonra atışma başlayıb. Partlayışı törədən terrorçulardan ikisi atışmada öldürülüb. Hadisə yerindən qaçan digər terrorçu polis tərəfindən axtarılır.

Partlayış nəticəsində ən azı 10 nəfər yaralanıb, yaralılardan birinin vəziyyəti ağırdır.

***

saat 17.26

Bu gün Türkiyədə partlayış törədilib.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, İzmirdə məhkəmə binasının önündə iki avtomobil partladılıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürən maşın göndərilib.

Yaralıların olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR