İraqın neft naziri Azərbaycan şirkətlərini ölkəsinə sərmayə yatırmağa dəvət edib

İraqın neft naziri Azərbaycan şirkətlərini ölkəsinə sərmayə yatırmağa dəvət edib
# 02 iyun 2015 07:26 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanın inkişaf modeli İraqda təqdim ediləcək.

APA-nın məlumatına görə, bunu bu gün 22-ci Beynəlxalq “Xəzər Neft və Qaz 2015” (“Caspian Oil and Gas 2015”) sərgisinin rəsmi açılış mərasimində çıxış edən İraqın neft naziri Adil Əbdülmehdi Hassan Şubber söyləyib.

İraqın neft naziri deyib ki, Azərbaycan 20-ci əsrin əvvəlindən etibarən daha böyük addımlarla inkişaf edib: “SSRİ-nin süqutundan sonra Azərbaycan ağır çətinliklərlə üzləşib. Ancaq 20 ildə ölkə böyük uğurlara imza atıb. Mən Azərbaycanın neft və qaz sahəsində çalışan mütəxəssislərlə görüşdüm. Azərbaycan bu gün Avropa və digər ölkələrə enerji resurslarını çatdırmaqla uğurlar qazanıb. Azərbaycan Xəzər və Qara dəniz ölkələri arasında əməkdaşlığı genişləndirib, qlobal bir oyunçuya çevrilib. İraq çox çətin dövrünü yaşayır. Əgər SOCAR, BP kimi şirkətlər regionda işləyərlərsə, çox uğurlu olar. İraq son vaxtlar 4 milyon barrelə qədər neft ixrac edib. Tədqiqatlardan sonra İraqın dünyada qaz ehtiyatlarına görə 5-ci yeri tutacağına əminik”.

Nazir Azərbaycan şirkətlərini İraqa sərmayə yatırmağa dəvət edib.

O, əlavə edib ki, SOCAR-la daha da sıx əməkdaşlıq etmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR