“Nürnberq”in hücumçusu Azərbaycan millisinə qarşı oynamayacaq

“Nürnberq”in hücumçusu Azərbaycan millisinə qarşı oynamayacaq
# 06 mart 2019 17:42 (UTC +04:00)

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Slovakiya yığması itki ilə üzləşib. ONA-nın məlumatına görə, Almaniyanın “Nürnberq” klubunun şərəfini qoruyan Adam Zrelak yarım il meydana çıxa bilməyəcək.
Bu isə o deməkdir ki, gənc hücumçu iyunun 11-də Azərbaycanla Bakıda keçiriləcək matçı buraxmalı olacaq. Məşq zamanı sağ dizini zədələyən 25 yaşlı forvard Auqsburqda əməliyyat olunub. Lakin həkimlər ona uzunmüddətli reabilitasiya kursunu zəruri hesab edib.
Zrelak bərpa prosesinə formasını geyindiyi klubun təmsil etdiyi şəhərdə başlayacağını bildirib: “Nürnberqdə altı həftəlik reabilitasiya kursu keçəcəm. Fiziki təmrinlərə evdə başlamalıyam. Təxminən ayyarımlıq bu prosedur başa çatdıqdan sonra Münhen və ya Donaustaufdakı klinikaya yollanacam. Həmin müayinələrdən sonra reabilitasiya kursunun növbəti mərhələsinə başlayacam. Səbirli olub, tam hazır olana qədər gözləməliyəm”.
Qeyd edək ki, Slovakiyada “Rujomberok”, “Slovan”, Çexiyada “Yablonets” klublarında çıxış etmiş Zrelak yığmada keçirdiyi 4 oyunda 2 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR