Ukrayna Ali Radasının deputatları Milli Məclisdə olublar

Ukrayna Ali Radasının deputatları Milli Məclisdə olublar
# 20 fevral 2017 15:28 (UTC +04:00)

Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Bakıda səfərdə olan Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüblər.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, işçi qrupun rəhbəri Rüfət Quliyev iki ölkə arasında bir əsrdən artıq davam edən tarixi dostluqdan, əlaqələrimizin dərinləşməsində dövlət başçılarının qarşılıqlı görüşlərinin mühüm rolundan danışıb.

O, beynəlxalq qurumlardakı birgə əməkdaşlığa toxunaraq deyib ki, Ukrayna hər zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanın haqlı mövqeyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. R. Quliyev Ukraynada 300 min azərbaycanlının yaşadığını, dost ölkədə onlar üçün lazımi şəraitin yaradıldığını, bu ölkənin həmvətənlərimizin doğma evinə çevrildiyini diqqətə çatdırıb.

Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Maksim Kuryaçiy isə qanunverici orqanlar arasındakı əlaqələri yüksək qiymətləndirərək iki ölkə arasında iqtisadi, ticarət, mədəni əlaqələrin gücləndirilməsi perspektivlərindən danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR