ÇL: Həftənin oyunçusu adına namizədlər məlum olub

ÇL: Həftənin oyunçusu adına namizədlər məlum olub
# 07 mart 2019 09:27 (UTC +04:00)

Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb. ONA-nın məlumatına görə, 1/8 final mərhələsinin cavab qarşılaşmalarının ilk oyun həftəsində dörd futbolçu bu ada iddia edir.
UEFA-nın müəyyənləşdirdiyi bu siyahıda 1/4 finala yüksələn klubların nümayəndələri yer alıblar. Bunlar Duşan Tadiç (“Ayaks”, Hollandiya), Uqo Loris (“Tottenhem”, İngiltərə), Romelu Lukaku (“Mançester Yunayted”, İngiltərə) və Mussa Mareqadır (“Portu”, Portuqaliya).
Lukaku PSJ ilə Fransadakı qarşılaşmada (3:1) dubl müəllifi olubsa, Mareqa İtaliya “Roma”sı (3:1), Tadiç İspaniya “Real”ı (4:1) üzərində qazanılan qələbədə bir qolla pay sahibi olub. Loris isə Almaniyada Dortmund “Borussiya”sı ilə səfər matçında qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, azarkeşlər arasında səsvermə ilə müəyyənləşən həftənin oyunçusu mükafatının sahibi sabah açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR